Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlər seçkilərdə fəal iştirak edəcəklər

Bunu bizimlə söhbətində Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev dedi. O bildirdi ki, YAP-ı təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı irəli sürdüyü təşəbbüs əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Bu təşəbbüs inkişafın yeni mərhələsinə keçid üçün əlverişli şərait yaradır. Həyata keçirilən ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəliliyin səviyyəsini yüksəltməyə yönəldilib. Gələn il fevralın 9-na təyin olunmuş seçkilərə xalqımızın mütəşəkkil şəkildə böyük ruh yüksəkliyi ilə qatılacağı şübhəsizdir.

Ümumiyyətlə, bütün seçkilərdə məcburi köçkünlər fəallıq göstərirlər. Yaxşı bilirlər ki, ölkəmizdə aparılan davamlı islahatlar onların həyat şəraitinin daha da yaxşılaşmasına əsaslı imkanlar yaradır. YAP Qubadlı rayon təşkilatı, bütövlükdə, rayonun məcburi köçkünləri Milli Məclisə yeni seçkilərin keçirilməsi barədə qərarı ruh yüksəkliyi ilə qarşılayiblar. Onlar bu seçkilərdə fəal iştirak edəcəklərini bildirirlər.
 Partiya təşkilat sədri onu da əlavə etdi ki, bu gün radikal müxalifət böyük təlaş içərisindədir. Çünki islahatlar dərinləşdikcə ölkə daha da inkişaf edir, xalq–iqtidar birliyi güclənir. Onların təxribatçı hərəkətlərinin sahəsi isə daralır və küncə sıxılırlar. Bu isə göstərir ki, radikalçılığa Azərbaycanın siyasət meydanında yer yoxdur.

 

Hazırladı: 
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

10 Dekabr 2019 23:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə