Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

 

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda 2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli, 737s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən aparılacaqdır.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 11 dekabr 2019-cu il tarixindən 30 dekabr 2019-cu il tarixinədək hər gün (şənbə, bazar və bayram  günləri  istisna olmaqla) saat 09.00-dan  saat 18.00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya  (ali təhsili olan ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan mütəxəssislər) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:

 

 

 

 

İxtisasın

şifri

 

 

 

İxtisasın adı

Fəlsəfə doktoru hazırlığı üzrə

doktoranturaya qəbul planı

dissertanturaya qəbul planı

cəmi

büdcə hesabına

cəmi

büdcə hesabına

qiyabi

3305.05

Mühəndis-kommunikasiya sistemləri

1

1

1

1

3308.01

Ətraf mühitin texnologiyası və mühəndisliyi

1

1

1

1

5406.01

Hidrologiya

 

 

1

1

Yekun

2

2

3

3

 

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana, fəlsəfədən məqbul alan şəxslər isə ixtisas imtahanına buraxılacaqlar.    

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (institutun direktorunun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan  müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (institutun direktorunun adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura (qiyabi) və dissertanturada təhsil müddəti 4 ildir.

 

Sənəd qəbulu:“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Doktorantura şöbəsi

Ünvan-AZ1012, Bakı, Azərbaycan, Moskva prospekti 73.

Telefon-  (+99412) 430-08-25 (2743); (2746)

(+99412) 430-08-35(2743) (2746) (2746)

E-mail: [email protected]

Qeyd- Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzində xarici dildən imtahanların 10-15 yanvar 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır.

 

11 Dekabr 2019 03:54 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 İyul 2020 | 04:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə