Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Crew Dragon” gəmisi gələn il kosmosa göndəriləcək

“Crew Dragon” gəmisi gələn il kosmosa göndəriləcək

“Space.com” saytının məlumatına görə, ­“SpaceX” şirkətinin hazırladığı ilk “Crew Dragon” pilotlu kosmik gəmisi 2020-ci ilin fevralında Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndəriləcək. Bu bəyanatla şirkətin prezidenti Quinn Şotuell çıxış edib.

O deyib: “Biz birinci pilotlu kosmik missiyanın 2020-ci ilin fevralında həyata keçiriləcəyinə ümid edirik. Yanvarın 4-də “Crew Dragon” kosmik gəmisinin “Falcon 9” raketdaşıyıcısı vasitəsilə fəzaya buraxılmasının qəza sistemi yoxlanılacaq. Biz sınaq zamanı əldə olunan məlumatları təhlil edəcəyik”. Onun sözlərinə görə, sınaqdan sonra BKS-nın, kosmik gəminin və raketdaşıyıcının hazırlıq vəziyyəti qiymətləndiriləcək. O əlavə edib ki, kosmik gəminin ekipajı astronavtlar Robert Benken və Duqlas Herlidən ibarət olacaq.
Qeyd edək ki, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) “Space Shuttle” çox istifadəli kosmik gəminin missiyasının başa çatmasından sonra 2011-ci ildə pilotlu uçuşları dayandırıb. Həmin vaxtdan Amerika astronavtları Rusiyanın “Soyuz” kosmik gəmilərində Beynəlxalq Kosmik Stansiyaya göndəriliblər.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

10 Dekabr 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə