Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nur-Sultanda Suriya üzrə danışıqların növbəti raundu

Nur-Sultanda Suriya üzrə danışıqların növbəti raundu

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriya üzrə danışıqların 14-cü raunduna start verilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Bu gün şəhərdəki “Ritz Carlton” mehmanxanasında Bəşər Əsəd rejiminin nümayəndə heyəti ilə Suriya silahlı müxalifətinin təmsilçiləri arasında geniş iclas keçiriləcək. İclasın sonunda birgə Bəyannamə qəbul ediləcək. 
Mətbuata bildirilib ki, müzakirəyə qatılan tərəflər son səkkiz ildə ağır silahlı münaqişədən ciddi zərər çəkmiş Suriyaya hərtərəfli humanitar yardımların artırılması, qaçqınların doğma yurdlarına qaytarılması, hər iki tərəfdən həbsdə saxlanılanların azad edilməsi və sair məsələləri müzakirə edəcəklər. 
Rəsmi Moskavanı danışıqlarda Rusiya Prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyə və İran dövlətlərini isə bu ölkələrin xarici işlər nazirlərinin müavinləri Sedat Onal və Hüseyn Cabiri Ansari təmsil edirlər. BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pederson da müzakirələrdə iştirak edir. 
Xatırladaq ki, “Astana formatı” çərçivəsində Suriya üzrə müzakirələr 2017-ci ilin yanvar ayından başlanıb. Danışıqların qarantı kimi Rusiya, Türkiyə və İran dövlətləri çıxış edirlər. 
Yeri gəlmişkən, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. Görüşdən ­sonra M.Çavuşoğlu özünün “Twitter” səhifəsində bunları yazıb: “İranın xarici işlər naziri Cavad Zəriflə ikitərəfli münasibətləri və xüsusilə, Suriya məsələlərini müzakirə etdik”. 

M.HACIXANLI, “Xalq qəzeti” 

 

10 Dekabr 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə