Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Finlandiyada növbəti etiraz dalğası başlanıb

Finlandiyada növbəti etiraz dalğası başlanıb

“Euronews” agentliyinin yaydığı məlumata görə, Finlandiyada fəhlələrin növbəti etiraz dalğası başlanıb. Billdirilir ki, sənaye sektorunda çalışan 100 minə yaxın işçi əməkhaqqının artırılması tələbi ilə 3 günlük tətilə başlayıb.

Qeyd edək ki, etiraz aksiyalarında həmkarlar ittifaqları ilə yanaşı, şirkətlərin menecerləri də iştirak edirlər. Finlandiya Sənaye İttifaqı, kimya, ağac emalı, əczaçılıq və texnoloji sənaye işçilərinin, habelə yanacaq istehsalı sahəsinin mənafelərini təmsil edən bir neçə iri həmkarlar ittifaqı tətil elan ediblər. İnşaat və elektrotexnika sektorunun işçiləri də həmrəylik əlaməti olaraq tətil elan edib, nəticədə tətilçilərin ümumi sayı 100 minə yaxın olub.
Xatırladaq ki, ötən həftə Finlandiya Sənaye İttifaqı dövlət tərəfindən vasitəçilik edən şəxsin təklifini rədd edib. Sənaye İttifaqının prezidenti Riku Aalto deyib ki, əməkhaqqının 2 və ya 3 faiz artırılması təklifi onları qane etmir. Bundan əlavə, Finlandiya Həmkarlar İttifaqı öz tələbləri üçün oriyentir kimi Almaniya tipli rəqib ölkələrin timsalında əməkhaqqının zəruri artım səviyyəsini müəyyən ediblər.
Sonda qeyd edək ki, bəzi hesablamalara görə, bu tətil Finlandiya hökumətinə 400 milyon avro məbləğində ziyan vuracaq. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

10 Dekabr 2019 23:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə