Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlərin tədqiqatı

Alimlərin tədqiqatı

İnsanın qocalması bir neçə mərhələdə baş verir. Bu, ABŞ-ın Stenford Universitetinin alimlərinin tədqiqatı nəticəsində bəlli olub. Bildirilir ki, alimlər 18 yaşdan 95 yaşa qədər olan 4263 nəfərin plazma zülallarını təhlil ediblər və onların quruluşlarında qeyri-xətti dəyişikliklər tapıblar. Onlar qan plazması zülallarındakı əsas dəyişikliklərin şərti olaraq üç mərhələdə baş verdiyi qənaətinə gəliblər: 34, 60 və 78 yaşlarında. Kəşfin yaşla əlaqəli xəstəliklərə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcəyi açıqlanıb.
Məlumatı “MedInform” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

10 Dekabr 2019 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə