Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar Universitetin rektoru Almaniyada beynəlxalq konfransda iştirak edib

Bu ilin noyabr ayının 27-dən 30-dək Almaniyanın Vaynştefan-Trizdorf Tətbiqi Elmlər Universitetində rektorların konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və elmi işlər üzrə prorektor Ramin Məmmədov iştirak edib. 

Qeyd edək ki, konfransda 12 ölkədən 35 universitetin rektoru, prorektorları və beynəlxalq əlaqələr üzrə əməkdaşları iştirak ediblər. Konfransın gedişində bir sıra təhsil problemləri, o cümlədən ikili diplom məsələsi müzakirə olunub.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"
nin bölgə müxbiri

10 Dekabr 2019 17:16 -

Köhnə versiyamızdan xəbərləri izlə