Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-nun rektoru Çinin Lançjou Neft-kimya kollecinin nümayəndə heyəti ilə görüşüb

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Lançjou Neft-kimya kollecinin prorektoru Liu Xingqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İkitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə rektor, professor Mustafa Babanlı ADNSU-da təhsil alan çinli tələbələrdən və tələbə mübadiləsindən söz açıb. Universitetdə hazırda 41 nəfər çinli tələbənin təhsil aldığını qeyd edən rektor M.Babanlı onlar üçün yaradılan şəraitdən danışıb və əlaqələri daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayıb.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Çinin Lançjou Neft-kimya kollecinin prorektoru Liu Xingqin  əlaqələrin daha yüksək səviyyədə  və fərqli istiqamətdə davam etdirilməsinin önəmli olduğunu deyib.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

10 Dekabr 2019 17:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə