Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ"ın ən aşağı göstəricisi

Məlumdur ki, "Qarabağ" son 6 mövsümdə qızıl medalların sahibidi və bu illərdə eyni zamanda qış çempionu olub. Qurban Qurbanovun komandası cari mövsümdə də qış çempionu olaraq işin yarısını  yerinə yetirib. Ancaq ikinci dövrədə nəticə zəif olub. Özü də "Qarabağ" bu mövsümdə heç vaxt nail ola bilmədiyi - ilk dövrədə yüzfaizli nəticəni göstərəndən sonra 7 oyuna cəmi 10 xal toplayıb. Ağdam klubunun çempionluq mövsümlərinə nəzər salsaq, ikinci dövrədə belə zəif nəticəni göstərmədiyinin şahidi olarıq:  2013/14 - 18 xal, 2014/15 - 20, 2015/16 - 22, 2016/17 - 18, 2017/18 - 13. Onu da nəzərə alaq ki, ilk 3 mövsümdə Premyer Liqamızda komanda sayı 10 olduğundan bir dövrədə 9 tur keçirilirdi. Artıq 3-cü mövsümdü komanda sayı 8 olduğundan bir dövrə artıq 7 turdan ibarətdi. "Qarabağ" əvvəlki 6 mövsümdə ikinci dövrədə orta hesabla ən azı 2 xal toplayırdısa, ilk dəfə bundan da aşağı göstəriciyə imza atıb.  

 Xatırladaq ki, "Qarabağ" ikinci dövrədə yalnız "Səbail"lə "Sabah"ı eyni - 1:0 hesabıyla məğlub etməklə qələbələrini qazanıb, "Neftçi" (0:0), "Qəbələ",  "Zirə" (hər ikisi 1:1), "Keşlə"ylə (2:2) bərabərliyə nail olub, ilk məğlubiyyətini isə     0:1 hesabı ilə səfərdə"Sumqayıt"dan alıb.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti” 

10 Dekabr 2019 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə