Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Komitəsi diaspor təşkilatlarına texniki kömək göstərəcək

Dövlət Komitəsi diaspor təşkilatlarına texniki  kömək  göstərəcək

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların təsis etdiyi diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində ödənişsiz texniki dəstək təklif edir.

Dövlət Komitəsi xaricdəki diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcək.

Bu dəstəyə ehtiyacı olan və ondan yararlanmaq istəyən diaspor təşkilatları www.diaspor.org ünvanına daxil olub qeydiyyat formasını doldurmaqla,  onlayn qaydada müracət etməlidir.

Qeyd edək ki, bütün təşkilatların saytları www.diaspor.org domeninin subdomeni altında -- vahid mərkəzdə toplanacaq.

Bir daha vurğulayaq ki, diaspor təşkilatlarına təklif edilən bu xidmət tam ödənişsiz həyata keçiriləcək və bütün diaspor təşkilatlarının ondan yararlanması mümkün olacaq.

 

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

20 2018 12:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin