Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bələdiyyə seçkiləri ilə əlaqədar informasiya texnologiyaları üzrə mütəxəssislər üçün seminarlara başlanılıb

Bələdiyyə seçkiləri ilə əlaqədar informasiya texnologiyaları üzrə mütəxəssislər üçün seminarlara başlanılıb

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən aldığımız məlumatda bildirilir ki, 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində müxtəlif istiqamətli layihələr həyata keçirilir.

Dekabrın 10-dan etibarən növbəti mühüm layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara start verilib. Tədbir dairə seçki komissiyalarının İT mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və onun yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırmaq, sistemin proqram təminatlarından praktiki istifadə etmək, həmçinin İT mütəxəssislərini maraqlandıran məsələlərə əyani şəkildə aydınlıq gətirmək məqsədi daşıyır.

Seminarlar zamanı dairə seçki komissiyalarının İT mütəxəssislərinə bələdiyyə seçkiləri günü seçicilərin fəallığı və səsvermənin nəticələrinə dair protokol məlumatlarının birbaşa MSK-ya ötürülməsi üçün hazırlanan xüsusi proqram modullarından test rejimində istifadə etməyə imkan yaradılacaq ki, bu da onların praktiki biliklərini, peşəkar vərdişlərini və iş təcrübələrini daha da artıraraq, səsvermə günü sistemdən dəqiq və rahat istifadəni təmin edəcək.

Bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlar dekabrın 11-də başa çatacaq.

       

Samirə Əliyeva,
“Xalq qəzeti”

10 Dekabr 2019 13:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə