Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək müqaviləsinə dəyişikliklər yalnız işçi və işəgötürənin birgə razılığı əsasında edilir

Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran rayonunda işəgötürənlər üçün keçirdiyi maarifləndirmə tədbirində bildirilib.

Tədbir “Əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsi qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub. Hər iki mövzuda ətraflı məlumatlar verilib, işəgötürənlərin sualları cavablandırılıb. Qeyd edilib ki,  əmək müqaviləsinə dəyişiklik edildiyi halda da bu, bildiriş formasında  “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməlidir.

Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu izah edilib. Tədbirdə işəgötürənlərə vakant iş yerləri barədə məlumatların “Məşğulluq” altsisteminə daxil edilməsi qaydası barədə də məlumat verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 Dekabr 2019 12:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə