Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada 40 il əvvəl oğurlanmış rəsm əsərləri tapıldı

1979-cı ildə Almaniyanın Frindeştayn qəsrində yerləşən muzeydən beş rəsm əsəri oğurlanıb. Bu ölkə tarixində incəsənət əşyalarının ən böyük oğurluq hadisəsi olub.

“İnterfax” məlumat verir ki, Qota şəhərinin meri oğurlanmış sənət əsərlərinin “leqallaşdırılması” ilə məşğul olan vəkillə gizli danışıqlar aparıb.

Hazırda vəkil və sifarişi həyata keçirən şəxs haqqında cinayət işi açılıb. Sənət əsərləri Berlin Dövlət Muzeyinin laboratoriyasına təhvil verilib. Mütəxəssislər rəsmlərin orijinallığını yoxlayır.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Dekabr 2019 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə