Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçiriləcək

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ilin yekun tədbirini keçirəcək.

İdarədən bildirilib ki, bu gün "Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitabın təqdimatı və eyniadlı elmi-praktik konfrans təşkil olunacaq.

Təqdimatda "İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərovun, kitabın elmi redaktoru, akademik Rafael Hüseynovun və nəsimişünas alimlərin çıxışları nəzərdə tutulub.

Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında "Nəsimi” adlı kompozisiya səsləndiriləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Dekabr 2019 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə