Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşhur jurnalistin “Stokholm röyaları” adlı fotosərgisi keçiriləcək

Məşhur jurnalistin “Stokholm röyaları” adlı fotosərgisi keçiriləcək

Bu gün Leyla Xəzəri sənət qalereyasında məşhur jurnalist İradə Əsədovanın "Stokholm röyaları" adlı fotosərgisi keçiriləcək.

İradə Əsədova ölkənin mədəni həyatının işıqlandırılmasına  böyük töhfəsi olan və bir sıra mükafatlara layiq görülmüş peşəkar mədəniyyət tənqidçisidir. Sərginin təşkilatçıları İsveçin Azərbaycandakı səfirliyi və Leyla Xazarinin sənət qalereyası, kuratoru Rüstəm Hüseynovdur.

İ.Əsədovanın  Stokholmu - hər kəsin ürəyincə bir künc tapa biləcəyi  isti, rahat və müasir şəhərdir. Sərginin ekspozisiyasını soyuq və isti tonların ziddiyyəti, parlaq detallar və təmkinli fon, soyuq memarlıq formaları ətrafındakı qaynar həyatın əksi təşkil edir. İradə Əsədovanın fotoobyektivində Stokholm qışı hər bir qonağın urəyindəki buzu əritməyə qadir  inanılmaz çəkici  şəhər kimi alınıb. Onun "Stokholm röyaları" adlı fotosərgisində   İsveç paytaxtının spesifik özəlliyini əks etdirən bir sıra silsilə şəkilləri nümayiş olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Dekabr 2019 11:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə