Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan Liviyaya hərbi dəstək göstərə biləcəklərini bildirib

Ərdoğan Liviyaya hərbi dəstək göstərə biləcəklərini bildirib

Prezident Rəcəb Tayyib Ərdoğan, Liviyadan təlriniəb gəlməsi halında, Türkiyənin bu ölkəyə hərbi dəstək göstərə biləcəyini ifadə etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Liviyada baş verən vəziyyəti müzakirə etmək üçün telefonla danışmaq niyyətindədir.

Ərdoğan TRT-yə verdiyi açıqlamada rusiyalı həmkarı ilə yanvarın 8-də “Türk axını” layihəsi çərçivəsində İstanbulda görüşəcəyini bildirib.

Ərdoğan çıxışında, “həftə içində Liviyada vahid hakimiyyəti ələ keçirmək istəyən Liviya Milli Ordusunun rəhbəri feldmarşal Xəlifə Həftər Benqazi ilə bağlı Putinlə danışmaq planım var. Həftər Benqazi tərəfindən Liviya üçün bir təhlükə yaranacağı halda rəsmi Ankaranın hərbi müdaxilə edəcəyi gözləniləndir. Liviya hökuməti bu dəstəyi istəsə, Türkiyə müvafiq qərar verəcək. Biz bu məsələdə heç kimdən icazə almayacağıq. Türkiyə Liviyaya hər cür dəstək verməyə hazırdır"- deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti həmçinin Aralıq dənizindəki vəziyyətə də toxunub. Onun sözlərinə görə, Yunanıstan, Misir, İsrail və Cənubi Kipr Rum rəhbərliyi Türkiyənin razılığı olmadan təbii qaz xətti çəkə bilməzlər. “Biz bu memorandumu Liviya hökuməti ilə imzaladıq. Bununla da Şərqi Aralıq dənizindəki yurisdiksiyamızı maksimum dərəcədə artırdıq. Bu da Misir, İsrail və Rum rəhbərliyini ciddi narahat etdi”, - deyə Ərdoğan qeyd edib.

 

Elşən AĞALAR,
“Xalq qzəeti”

10 Dekabr 2019 11:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə