Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib

ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib

ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb.

Ermənistan vətəndaşlarının müraciətlərinin 51,65 faizinə vizaların verilməsi rədd edilib.

Bu il ABŞ hökuməti postsovet məkanından ən çox Özbəkistan vətəndaşlarına (68,06 %) viza verilməsindən imtina edib. Qırğızıstan 67,75 faizlə ikinci, Gürcüstan isə 63,85 faizlə üçüncü yerdədir.

Vizalarla bağlı ən az imtina isə Azərbaycan (25,43%), Belarus (21,93%), Estoniya (24,81%), Latviya (18,98%) və Litva (18,67%) vətəndaşlarına aiddir.

 

“Xalq qəzeti”

10 Dekabr 2019 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə