Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla Rusiya innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı hazırlayacaq

Dünən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. Sənədi İqtisadiyyat naziri M.Cabbarov və Rusiyanın İqtisadi İnkişaf naziri M.Oreşkin imzalayıblar.

Niyyət Protokolu noyabrın 20-25-də Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında innovasiyalar və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini ehtiva edir. Sənədə əsasən, tərəflər Protokolun imzalandığı tarixdən 3 ay müddətində “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”na daxil ediləcək innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın ­inkişafına dair Tədbirlər Planı (“Yol Xəritəsi”) hazırlayacaq. 
Tədbirlər Planı innovasiyalar və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq istiqamətində birgə layihələr və tədbirlərin müzakirəsi üçün müvafiq Ekspert İşçi Qrupunun yaradılması, Rusiyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə Azərbaycanda İnnovasiya, Elm və Texnologiya Mərkəzinin yaradılması və birgə idarə olunması, həmçinin Müştərək Vençur Fondunun təşkili imkanlarına baxılması və digər məsələləri əhatə edəcək.

 

AZƏRTAC

 

9 Dekabr 2019 22:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə