Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Növbədənkənar parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə əminəm”

“Növbədənkənar parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə əminəm”

“Azərbaycanda davam etdirilən genişmiqyaslı islahatlar bütün sahələr kimi, Milli Məclisi də əhatə etməli idi. Hazırda həyatımızın bütün sahələrində aparılan yenilənmə, idarəetmədəki struktur islahatları, gəncləşmə siyasətini xalq rəğbətlə qarşılayır. Bu baxımdan, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsünü yüksək dəyərləndirirəm. Bu təşəbbüs məhz keyfiyyət dəyişikliyinə nail olmaq, islahatlara dəstək səciyyəlidir. Qanunverici orqanın da idarəetmənin digər qanadlarına adekvat olması, islahatlarla ayaqlaşması dəyişikliklərin keyfiyyətinə müsbət təsir edəcəcək.”

Beşinci çağırış Milli Məclisin deputatı Elman Məmmədov bu fikri ölkədə aparılan islahatlara, xüsusilə parlamentin buraxılması məsələsinə münasibət bildirərkən dedi. Qeyd etdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi islahatların məntiqi davamıdır. Onun fikrincə, islahatçı, təşəbbüskar parlamentin formalaşdırılması qanunvericilik sahəsində əsaslı dönüş yaradacaq: “Hesab edirəm ki, qanunverici orqanın yenidən formalaşması islahatlar fonunda atılan düşünülmüş addımdır. Mən bunu dünya siyasətində öz qətiyyəti, prinsipiallığı ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti nümunəsi kimi qiymətləndirirəm. Ölkəmizin gələcək dinamik və davamlı inkişafına xidmət edən islahatlar artıq öz nəticəsini göstərir.”
E.Məmmədov ­Milli Məclisin daha yüksək intellektə malik, biliyi bacarığı və fəaliyyəti ilə xalq arasında hörmət qazanmış gənc nəslin nümayəndələrindən formalaşmasına üstünlük verilməsinin tərəfdarı olduğunu bildirdi. 
Deputat növbədənkənar parlament seçkilərinin keçirilməsini boykot etməyə cəhd edən radikal müxalifət nümayəndələrinin bu çağırışını onların zəifliyi və acizliyi ilə əlaqələndirdi. Dedi ki, belə ünsürlər yaxşı bilirlər ki, seçkiyə qatılsalar da, heç nəyə nail ola bilməyəcəklər: “Son 20 ildə respublikamızda keçirilmiş bütün seçkilərdə məğlub olan radikal müxalifət nümayəndələri günahı hakimiyyətdə yox, özlərində axtarmalıdırlar. Əgər xalq onları dəstəkləmirsə, günahı niyə başqalarında görürlər? Xarici himayədarlarının sifarişi ilə seçkiləri boykot etmək xəyanətdir. Seçki mübarizə meydanıdır. Siz də qoşulun və nəyə qadir olduğunuzu sübut edin. Bütün bunlara baxmayaraq, növbədənkənar seçkilərin də əvvəlki seçkilər kimi ədalətli və şəffaf keçiriləcəyinə əminəm”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

9 Dekabr 2019 22:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə