Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi daxili vəsaiti hesabına elektron satınalma vasitəsilə müxtəlif növ mal-materialların satın alınması üçün Açıq Tender Elan Edir

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi daxili vəsaiti hesabına elektron satınalma vasitəsilə müxtəlif növ mal-materialların satın alınması üçün Açıq Tender Elan Edir

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının
https://www.etender.gov.az vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə bilərlər.
 Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu və ən aşağı qiymət təklifinə.
Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.
İştirak haqqı 200 manatdır.
Təşkilat-“Azərsu” ASC “Sutikinti” Müəssisəsi
VÖEN- 9900008771
Bank- “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı
Kod- 200112
VÖEN- 9900003611
M/h- AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BIK: AİİBAZ2X
H/h- AZ60AİİB33010019441102346111
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 dekabr 2019-cu il saat 10.00-a, tender təklifi və bank təminatını isə 14 yanvar 2020-ci il saat 10.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 15 yanvar 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında həyata keçiriləckdir. 

10 Dekabr 2019 01:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
29 Yanvar 2020 | 00:08
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə