Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Normand dördlüyü”nün növbəti sammiti keçirilib

Dünən Parisdə “Normand dördlüyü”nün növbəti sammiti keçirilib. Sammitin başa çatmasından sonra Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında ikitərəfli görüş olub. Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakova istinadən “İnterfaks.ru” verib. 

Y.Uşakov bildirib ki, iki ölkənin liderləri arasında görüşə əvvəlcədən heç bir vaxt məhdudiyyəti qoyulmayıb. “Normand dördlüyü” çərçivəsində görüş sammitin təşkilatçısı olan Fransa tərəfindən təklif edilib.  
Əvvəllər də məlumat verilmişdi ki, sammit dekabrın 9-da Parisdə baş tutacaq. Təşkilatçıları təmsil edən nümayəndənin dediyinə görə, dördlüyün danışıqları üçün 2 saat 45 dəqiqə vaxt ayrılıb. “Dördlüyün görüşündən qabaq Rusiya Prezidenti fransalı həmkarı Emmanuel Makron və Almaniya Kansleri Angela Merkellə danışıq aparıb.  
“Normand dördlüyü” sammiti başa çatdıqdan sonra dörd liderin iştirakı ilə mətbuat konfransı keçirilib. Qeyd edək ki, dördlüyün liderləri (Rusiya, Fransa, Almaniya və Ukrayna) son üç il ərzində ilk dəfə bir araya gəliblər. Tədbir Yelisey Sarayında baş tutub. 
Xatırladaq ki, noyabrda Kremldən məlumat verilmişdi ki, Putin və Zelenski sammit çərçivəsində təkbətək görüşə bilərlər. Dekabrın əvvəllərində isə Rusiya Prezidentinin mətbuat katibi Rusiya-Ukrayna danışıqlarının perspektivləri ilə bağlı ehtiyatlı optimizm ifadə etmiş, sammitin yekununda qəbul ediləcək qərarın məcburi xarakter daşımayacağını bildirmişdi. Danışıqların nəticələri ilə bağlı məlumat veriləcək.  

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

9 Dekabr 2019 21:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə