Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Talibanla sülh danışıqlarını bərpa edib

Birləşmiş Ştatlar hökumətinin Talibanla sülh danışıqlarını bərpa etməsi barədə məlumatlar yayılıb. “Amerikanın səsi” radiosu bildirib ki, Ağ evin rəsmiləri hələ üç ay əvvəl bu terrorçu qruplaşma ilə danışıqlar aparmaq barədə razılığa gəlmişdi.

Xəbərdə həmçinin deyilir ki, əslən əfqanıstanlı olan ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad iki gün əvvəl Talibanın qərargahlandığı Qətərin paytaxtı Dohada başlanan danışıqlara başçılıq edib.
“ABŞ bu gün Dohada danışıqlara yenidən qoşulub. Müzakirə zamanı diqqət Əfqanıstanın daxilində danışıqlar və atəşkəsə gətirib çıxaracaq zorakılıqların azaldılmasına yönəldiləcək”, – deyə ABŞ rəsmisi bildirib.
Xatırladaq ki, Prezident Donald Tramp bu il sentyabrın 7-də  Əfqanıstanın paytaxtı Kabildə aralarında amerikalı əsgərin də olduğu bir neçə insanın ölümü ilə nəticələnən terror hücumuna cavab olaraq danışıqların  dayandırılması barədə tapşırıq vermişdi. Yeri gəlmişkən, ABŞ və Taliban arasındakı həmin müzakirələrə də Qətər höküməti ev sahibliyi edirdi.
Analitiklər hesab edirlər ki, sözügedən danışıqlar hər iki tərəfin ABŞ və müttəfiq qoşunlarının Əfqanıstandan tədricən çıxarılmasına gətirib çıxaracaq razılıq əldə etməyə çox yaxın olduqlarını düşündükləri zaman dayandırılmışdı.

M.HACIXANLI, 
“Xalq qəzeti” 

 

9 Dekabr 2019 21:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə