Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaxın Meşəbaş kəndinə təbii qaz verildi

Qaxın Meşəbaş kəndinə təbii qaz verildi

SOCAR-ın“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq 2018-ci il sentyabrın 19-da Qax rayonunun  Meşəbaş kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 90 abonenti olan kəndin  qazlaşdırılması üçün birpilləli sistem əsasında  ümumi uzunluğu 7 105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən sakinlər  kəndə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

20 2018 10:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin