Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Boeing”ə qarşı yeni tələb

ABŞ-ın Federal Aviasiya İdarəsi 133 təyyarədə keyfiyyətsiz detallar quraşdırdığına görə “Boeing” şirkətindən cərimə qismində 3,9 milyard dollar tələb etmək təklifini irəli sürüb. Bu barədə qurumun bəyanatında deyilir. Bildirilir ki, “Boeing” şirkətinin qurumun təklifinə cavab verməsi üçün 30 gün vaxtı var.
Xatırladaq ki, Federal Aviasiya İdarəsi iyun ayında “Boeing”ə məxsus “737 MAX” və “737 NG” sərnişin laynerlərinin bəzi hissələrinin düzgün istehsal edilmədiyi və onların dəyişdirilməli olduğu barədə məlumat yaymışdı.
Xəbəri “Bloomberg” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

9 Dekabr 2019 21:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə