Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Zelandiyada evakuasiya

Yeni Zelandiyanın  şimalındakı Uayt-Aylend adasında  vulkan püskürüb. “Reuters”in məlumatına görə, adada olan turistlər təcili evakuasiya edilib. Lakin xəsarət alanlar var.

Polisin məlumatına görə, adada 50 nəfər turist olub. Onların təxliyyəsi davam etdirilir. Həkimlər bildiriblər ki, 20 nəfər turist onlara müraciət edib.

Yeni Zelandiyanın Baş naziri Casinda Arder mətbuat konfransında  bildirib ki,  adada axtarışlar davam edir. Hələlik dəqiq məlumat yoxdur ki, adada nə qədər turist olub. Həlak olan var,ya yox.

Qeyd edək ki, Uayt-Aylend adasında aktiv vulkanlar var və onlar daim püskürür. Bu ada həm də turistlərin çox gəzdiyi məkandır.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”  

9 Dekabr 2019 18:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 15:20
Bu gün tarixdə qalacaq

Köhnə versiyamızdan xəbərləri izlə