Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ixrac missiyası Dubaydadır

Azərbaycan ixrac missiyası Dubaydadır

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsullarımızın xarici ölkələrdə daha çox tanıdılması məqsədilə Azərbaycan ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, ixrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir. Səfər çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

9 Dekabr 2019 17:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə