Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda əhalinin banklarda olan müddətli əmanətləri artıb

Azərbaycanda əhalinin banklarda olan müddətli əmanətləri artıb

Cari ilin 8 ayında Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,127.1 milyon manat, kredit portfeli 11,905.5 milyon manat, cəmi öhdəlikləri isə 24,077.5 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 4,049.6 milyon manat olub. Avqust ayı ərzində bank sektorunun aktivləri 0.7 faiz (196.4 milyon manat), öhdəlikləri 0.3 faiz (79.2 milyon manat), balans kapitalı isə 3 faiz (117.2 milyon manat) artıb. Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2 faiz (135.9 milyon manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5 faiz (567.9 milyon manat) artım olub.

Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri avqust ayı ərzində 0.2 faiz (13.8 milyon manat) artıb. Ümumilikdə isə cari ilin avqust ayında fiziki şəxslərin əmanətləri 0.4 faiz (28.6 milyon manat) azalaraq 7.939.9 milyon manat təşkil edib.

Bank sektoru cari ilin 8 ayı ərzində 441 milyon manat əməliyyat mənfəəti, 103.8 milyon manat xalis mənfəət generasiya edib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

20 2018 10:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin