Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

GƏNCƏ: şəhərin rəhbəri Rus İcmasının nümayəndə heyəti ilə görüşüb

GƏNCƏ: şəhərin rəhbəri Rus İcmasının nümayəndə heyəti ilə görüşüb

Görüşdə Rus İcmasının sədri Mixail Zabelin, sədr müavini Boris Voronin, İcmanın Qərb regionu üzrə sədri Valeri Kozin iştirak edib. Niyazi Bayramov Rus İcmasını 20 illik fəaliyyəti münasibətilə  təbrik edib.

Görüşdə Rusiya və Azərbaycan xalqları arasında tarixən yaranmış sıx dostluq əlaqələrindən, Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da yaxşılaşmasından söhbət açılıb. Bildirilib ki, hazırda ölkə başçısı İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva tərəfindən bu ənənələr durmadan inkişaf etdirilir. Bu gün Azərbaycanda yüz minlərlə rus yaşayır və onların kompakt yaşayış məskənləri qorunmaqdadır. Bu da onu göstərir ki, Azərbaycanda Rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür.

Daha sonra Mixail Zabelin Azərbaycanın Rus İcmasının Respublika Şurası adından şəhər və bölgələrdəki  rus icmasına göstərdiyi diqqət və qayğıya görə Niyazi Bayramova “Təşəkkürnamə” təqdim edib.

Görşdən sonra Rus İcmasının 20 illik fəaliyyətinə hər edilən 4-cü hesabat və İcmanın idarə heyətinin yeni üzvləri seçilib. Valeri Kozin yenidən Gəncə və Qərb bölgəsinin Rus icmasının sədri seçilib.

Konfransda həmçinin Rus icmasının dekabrın 14-də Bakıda keçiriləcək 5-ci konfransına da nümayəndələr seçilib.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

9 Dekabr 2019 16:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə