Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan Qarnizonu qoşunlarında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

Naxçıvan Qarnizonu qoşunlarında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

 Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin rəisi, general-mayor Məhəmməd Həsənov dahi mütəfəkkirin zəngin yaradıcılığından, Nəsimi irsinə göstərilən dövlət qayğısından danışıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bu il ölkəmizdə “Nəsimi ili” elan olunub və şairin 650 illik yubileyi geniş qeyd edilir. Nəsimi yaradıcılığı ilə bağlı tədbirlərin  keçirilməsi gənclərimizin, kursant və əsgərlərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Tədbirdə İmadəddin Nəsiminin əsərlərini bədii qiraət edən kursant və şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Heydər Əliyev adına Hərbi Liseyin kursantları  şairin portretini çəkdikdən sonra “Nəsimi” bədii filmi nümayiş olunub.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

9 Dekabr 2019 16:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə