Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zabrata aylıq normanın 68 faizi qədər yağıntı düşüb

Zabrata aylıq normanın 68 faizi qədər yağıntı düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin dekabrın 9-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Zabratda 20 mm (aylıq normanın  68 faizi), Sumqayıtda 16 mm (aylıq normanın 60 faizi), Maştağada 14 mm  (aylıq normanın  41 faizi), Bakıda 13 mm  (aylıq normanın 44 faizi), Binədə 11 mm (aylıq normanın  38 faizi), Neft Daşlarında 14 mm (aylıq normanın 66 faizi), Çilov adasında 3 mm, Pirallahıda 2 mm, Naxçıvan MR-da 3-12 mm, Lənkəran-Astara zonasında 2-6 mm, Mərkəzi Aran rayonlarında və Balakən-Şəki bölgəsində 1-8 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 9, Daşkəsəndə 6, Qırızda 4, Gədəbəy, Şahdağda 2, Sarıbaş, Göygöldə 1 sm təşkil edib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

9 Dekabr 2019 15:50 - EKOLOGİYA
EKOLOGİYA
30 Dekabr 2019 | 17:22
Yanvar ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə