Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir

Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir

TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində Azərbaycan Prezidentinin xüsusi rolu olub.

Salome Zurabişvili deyib: “Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.

 

Xətayi Əzizov,
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

9 Dekabr 2019 15:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə