Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samuxda 6500 ağac əkildi

Samuxda 6500 ağac əkildi

Samuxda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada 6500-dən artıq müxtəlif növ ağac əkilib.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin ictimaiyyətin nümayəndələri, bütövlükdə 2 min nəfərdən çox adam iştirak etmişdir.  

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparmış, yeni əkilmiş tinglərə və ağaclara aqrotexniki qulluq göstərmişlər.

Ağacəkmə kampaniyasında iştirak edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev müxbirimizlə söhbət zamanı demişdir:

- Bu aksiya heç şübhəsiz, yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığın bərpasına, eləcə də cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verəcəkdir. Mehriban xanımın təşəbbüsü təkcə böyük mütəfəkkir şair İmaddədin Nəsiminin xatirəsinə yönəlmiş təşəbbüs deyildi. Bu həm də ölkəmizdə yaşıllıqların qorunub saxlanması və artırılması istiqamətində atılmış xeyirxah bir addım idi.Şadam ki, samuxlular bu təşəbbüsə həvəslə səs verdilər və mütəşəkkillik nümayiş etdirdilər.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

9 Dekabr 2019 15:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə