• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Botulizm xəstəliyinə qarşı mübarizə gücləndirilməlidir

Botulizm xəstəliyinə qarşı mübarizə gücləndirilməlidir

Botulizm heyvanların ağırgedişli infeksion xəstəliyi olub, mərkəzi sinir sisteminin pozğunluğu, dil, udlaq, alt çənənin iflici və skelet əzələlərinin tonusdan düşməsi ilə səciyyələnir. Xəstəliyə əksər növ heyvan və quşlar həssasdır. Bu xəstəliyə insanlar da tutulurlar. Xəstəliyin törədicisi-patogen (toksin ifraz edən) klostridilərə aiddir. Ən güclü toksini amilin A tipi törədir. 10 mq kristal toksin Yer kürəsindəki əhalini məhv etmək qabiliyyətinə malikdir.

Atlarda xəstəliyi ən çox amilin B tipi, az hallarda isə A və C tipi törədir. D və C tipi qaramalda, C tipi xırdabuynuzlu heyvanlarda və xəzdərili heyvanlarda xəstəlik törədir. Botulizmin törədicisi təbiətdə geniş yayılmaqla, meyvə-tərəvəzdə, heyvan cəmdəklərində və s.olur. Yem məhsullarına düşmüş amil anaerob şəraitdə uyğun temperatura və nəmlik şəraitində sürətlə artıb çoxalır və toksin hasil edir. Ətyeyən heyvanlarda yoluxma xarab olmuş ət və balıq məhsullarından baş verir.

Təbii şəraitdə heyvanların yoluxması əsas etibarilə alimentar yolla baş verir. Xəstəliyin inkubasiya dövrü bir neçə saatdan 10 günə qədərdir. Adətən toksiki yem qəbul edilməsindən bir neçə gün keçmiş xəstəlik baş verir. Xəstəlik çox iti formada gedir.

Xəstə atlarda çeynəmə aktı pozulur, ağızdan maye ifrazı müşahidə edilir. Bəzən atlarda qısamüddətli sancı əlamətləri nəzərə çarpır, sonra udlağın iflici görünür və dil ağızdan xaricə çıxır. Daha sonra üst göz qapağı və alt çənənin iflici yaranır. Çeynəmə tamamilə pozulur. Skelet əzələlərinin tonusdan düşməsi nəticəsində hərəkət çətinləşir, səndələmə hərəkətləri nəzərə çarpır.

Digər növ heyvanlarda kliniki əlamətlər atlarda olduğu kimidir. Bəzən qaramalda xəstəlik xroniki formada getməklə 2 aya qədər davam edir. Xəzdərili heyvanlardan botulizm yalnız samurlarda müşahidə edilməklə, əzələlərin zəifliyi, göz bəbəyinin genişlənməsi, hərəkətin pozulması göründükdə ölüm baş verir. Səthi qan damarlarında qatı tünd-qırmızı rəngdə qan görünməklə çox vaxt dərialtı toxumanın sarılığı nəzərə çarpır.

Təsərrüfatlarda botulizm müşahidə edildikdə botulizm əleyhinə antitoksik serum həm müalicə, həm da profilaktika məqsədilə işlədilə bilər. Heyvanların otlaq sahəsi və su mənbələri yoxlanmalı, heyvan cəsədləri kənar edilməlidir. Stasionar qeyri-sağlam təsərrüfatlarda torpağın superfosfatla gübrələnməsi və heyvanların yemlərinə mineral birləşmələrin əlavə edilməsi vacibdir.

Botulizm xəstəliyinə tutulmuş heyvanları ayıraraq müalicə edir, heyvan cəsədləri isə yandırılır.

Heyvanın müalicəsi üçün mədə soda məhlulu ilə yuyulmalıdır. Spesifik müalicə məqsədilə botulizm əleyhinə serumdan istifadə edilir. Dövlət Baytarlıq Xidməti bildirir ki, botulizmi xəstəliyinə qarşı təklif olunan preparatlar baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

                          

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

20 2018 10:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin