Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dekabrın 9-da gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Axşama doğru əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz  8-10° isti,

Bakıda gecə 5-7°, gündüz  8-10°  isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət 85-95 % olacaq.   

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 1-6° isti, gündüz  7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

9 Dekabr 2019 15:02 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə