Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TFF prezidenti: “Bakıda bizi dəstəkləmək istəyənlər indidən biletlərini alsınlar”

TFF prezidenti: “Bakıda bizi dəstəkləmək istəyənlər indidən biletlərini alsınlar”

“Avropa çempionatının seçmə mərhələsində qrupda 2-ci yeri tutmağımızın bizim üçün daha xeyirli olduğunu gördüm. Püşkatmadan da razı qaldım və ürəyimizcə olduğunu deməliyəm”. Sport24.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir deyib. 

 AVRO-2020-də oyunları Roma və Bakıda keçiriləcək A qrupunda çıxış etmələrinə münasibət bildirən qurum rəhbərinin sözlərinə görə, İtaliya, Uels və İsveçrənin yer aldığı qrupda əsas hədəfləri mərhələ adlamaqdır: “Heç vaxt "asan qrupdur, komandaları rahat keçərik" deməmişəm, demərəm də. Amma milli komandamıza, baş məşqçimizə güvənirik. Gənc kollektivlə və onların yanında olan Burak, Əmrə kimi təcrübəli oyunçularla uğurlu nəticəyə inanıram”.

 Özdəmir bəyan edib ki, bütün dünya İtaliya ilə Romada keçirəcəkləri açılış matçından danışacaq: “UEFA da açılış matçında İtaliya ilə Türkiyənin qarşılaşmasından məmnundur. Qrupda növbəti iki matçımız Bakıda - qardaş ölkə dediyimiz Azərbaycanda olacaq. Hər zaman bu fikri səsləndirmişik: iki dövlət, bir millət. Bakıdakı stadion tam dolacaq. Azarkeş üstünlüyündən yararlanıb, Bakıda qrupdan çıxmaq üçün yetərli sayda xal toplamağı hədəfləyirik".

 TFF rəhbəri azarkeşlərə də səslənib: "Həm Romada, həm də Bakıdakı qarşılaşmalarda bizi dəstəkləmək istəyən azarkeşlər indidən biletlərini alsınlar, səfər proqramlarını qursunlar. Bütün futbolsevərləri Türkiyə yığmasını dəstəkləmək üçün həmin oyunlara çağırırıq”.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

9 Dekabr 2019 14:58 - İDMAN
İDMAN
27 Yanvar 2020 | 11:49
Messidən yeni anti-rekord

Köhnə versiyamızdan xəbərləri izlə