Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“YUĞ” Teatrında növbəti dəfə “Vəsvəsə” olacaq

“YUĞ” Teatrında növbəti dəfə “Vəsvəsə” olacaq

Dekabrın  14-də  Dövlət “Yuğ” Teatrı növbəti dəfə “Vəsvəsə” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.

Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Dekabr 2019 14:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə