Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ÇÖLÇÜ” filminin yeni uğuru

Şamil Əliyevin “ÇÖLÇÜ” filmi yeni zirvələri fəth etməkdə davam edir.

NEAR NAZARETH FESTIVAL 2019 (İZRAİL)  beynəlxalq kino ekspertlərindən ibarət münsiflər  heyəti Şamil Əliyevin “ÇÖLÇÜ” filmini  ƏN YAXŞI BƏDİİ FİLM mükafatlarının qalibi elan etmişdir.

Mükafatı təsdiq edən SERTİFİKAT filmin quruluşçu-rejissoru Şamil Əliyevə təqdim olunmuşdur.

NEAR NAZARETH FESTIVAL 2019 dekabrın 2-5 arası keçirilmişdir.  Qeyd edək ki, Şamil Əliyevin “Çölçü” filmi 2019-cu il dekabrın 3-də İzrailin Afula şəhərində tamaşaçılara təqdim olunmuşdur.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bi neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”,  “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Şamil Əliyevin “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmişdir.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Dekabr 2019 14:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə