Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlı məcburi köçkünləri ağacəkmə aksiyasında fəal iştirak etmişlər

Qubadlı məcburi köçkünləri ağacəkmə aksiyasında  fəal iştirak etmişlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi  İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 6 dekabr 2019-cu il tarixdə  ölkədə   ağacəkmə  tədbiri keçirildi. Qubadlı  rayonunun məcburi köçkünləri də Abşeron rayonu, Sumqayıt stansiyası ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdəki yeni parkda ağacəkmə aksiyasında  iştirak etmişlər. Aksiyada  rayon icra hakimiyyətinin başçısı  Malik İsaqov, rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və  təşkilat rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri  iştirak edirdilər. 

İlk öncə tədbir iştirakçıları yaşayış massivində ağacəkmə kampaniyası çərçivəsində 10000 ədəd ağac əkdilər.

Tədbirdə çıxış edən RİH-nin başçısı Malik İsaqov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub. Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. Onun poetik irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.

Daha sonra çıxış edən Qubadlı 4 saylı kənd tam orta məktəbinin şagirdləri qeyd etdilər ki, aksiya dahi şairin xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır, bu təşəbbüs Nəsimi irsinin daha geniş təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevriləcəyi, ətraf mühitin mühafizəsi, hava məkanının sağlamlaşdırılması və iqlimin yaxşılaşdırılmasına böyük töhfədir.

Sonda tədbir konsert proqramı ilə davam etdirildi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Dekabr 2019 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə