Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə ön xətdə yerləşən "N" hərbi hissəsində hərbi qulluqçularla görüşüb, nahar süfrəsi arxasında söhbət edib. Bu görüş onların yaddaşında həm səmimiliyi ilə, həm də mahiyyəti etibarilə hərbi xidmətə diqqət və qayğının təzahürü kimi  qalacaq. "N" hərbi hissəsində nümunəvi xidməti ilə seçilən Əsgər İqor Rıskin də Müdafiə naziri ilə bu  görüşü həmişə xoş duyğularla xatırlayacaqdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, əsgər İqor Rıskin Bakı şəhərində anadan olub. Aviasiya Akademiyasının məzunudur. Uçuş mühəndisliyi fakültəsini 2019-cu ildə fərqlənmə diplomu ilə bitirib. Aviasiya Akademiyasını ingilis dilində fərqlənmə diplomu ilə bitirməsi onun savadlılığına,  məntiqli, məzmunlu, rabitəli danışığı isə dünyagörüşünün genişliyinə dəlalət edir. "Göyləri sevirəm, pilot olacağam. Göyləri sevirəm, yeri-torpağı, Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram. Həm də ata-anamın, bacılarımın mənimlə  qürurlanmasından fəxr edirəm" kəlmələri isə vətənsevərliyini təsdiqləyir.
Əsgər İ. Rıskinin Müdafiə naziri ilə görüşündən təəssüratları:  “Məhz bu hərbi hissədə xidmət etməyim mənim taleyimdir. Taleyimdən, xarakterimdən,  özümə məsuliyyətimdən razıyam ki, nümunəvi əsgər olmuşam. Nümunəvi əsgər olduğum üçün mənə nəsib olan qədərsiz könül xoşluğunu son nəfəsəcən unutmayacam. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa  arxasında nahar etmək, söhbətləşmək - bu duyğuları, - o anları necə yaşadığımı ifadə etməyə çətinlik çəkirəm. İndi də həmin yaddaqalan, xoş anların təsirindəyəm. Nə gizlədim, hərbi xidmətdən tərxis olunduqdan sonra təhsilimi davam etdirmək, daha mükəmməl biliyə yiyələnmək, mülki aviasiyada işləmək niyyətindəydim. Müdafiə nazirinin böyük sayğılarla "Bəlkə  gələcəkdə hərbi xidmətini davam etdirəsən?" - təklifi mənim düşüncələrimi tərpətdi. Deyəsən, hərbçi olacam, mülki aviasiyanın deyil, hərbi aviasiyanın pilotu olacam”.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

9 Dekabr 2019 14:29 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Mart 2020 | 12:44
Biz birlikdə güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə