Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Parlamentinin millət vəkillərindən Apple’a “Kırım” məktubu

Avropa Parlamentinin (AP) deputatları xəritələrində Kırımı Rusiya ərazisi kimi göstərən Apple şirkətinə bu səhvi düzəltmələrini tələb edib.

Apple’a göndərilən məktubda, “Kırımdakı geosiyasi vəziyyətə göz yummaq doğru deyil. Beynəlxalq qaydaları qazancdan üstün tuta bilməzsiniz. Heç bir ölkə beynəlxalq hüquqdan yüksəkdə dayana bilməz” ifadələri yer alıb.

Apple'ın xəritələrdə Krımı Rusiyanın bir hissəsi olaraq tətbiq etməsi son günlərdə ABŞ-ın Ukraynadakı səfirliyinin sərt reaksiyasına səbəb olmuş və şirkətdən bu səhvin düzəldilməsi tələb olunmuşdu.

Qeyd edək ki, 2014-cü ildə Kırımda mübahisəli referendum keçirilmiş və nəticəyə əsasən Rusiyaya ilhaq olunmuşdu. Bundan sonra uzun müddət Rusiya, Ukrayna və Apple arasında xəritə problemi yaşanmaqda idi.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

9 Dekabr 2019 12:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə