Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbülfəs Qarayev: Bakının yaradıcı şəhər adına layiq olduğunu düyaya göstərməliyik

Əbülfəs Qarayev: Bakının yaradıcı şəhər adına layiq olduğunu düyaya göstərməliyik

Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycanportalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlarmövzusunda panel müzakirəsində Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Bakı şəhərinin dizayn sahəsi üzrə yaradıcı şəhər adına layiq olduğunu dünyaya göstərməliyik.

Nazir qeyd edib ki, dünya miqyasında yaradıcı sənaye son 10 il müddətində cəmiyyətin inkişafına dəyərli töhfələrin verilməsinə şərait yaradır: "Azərbaycanda da bu baxımdan vəziyyət istisna deyil. Son illər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan siyasət nəticəsində respublikanın hər bir bölgəsində, bütün şəhər və rayonlarda abadlıq, yenidənqurma işləri aparılır, yeni iş yerlərinin açılması uğurla həyata keçirilir. Təbii ki, bu prosesin arxasında duran xalqın yaradıcı potensialı, vətənə məhəbbət, xalqla dövlətin vəhdətidir. Bütün bu amillər Azərbaycanda yaradıcı sənayenin inkişafının vacib olduğunu göstərir".

Ə.Qarayev əlavə edib ki, bu il Bakı şəhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib: "Bakı şəhəri öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq. Bu işdə həm dövlət orqanları, həm sənayenin nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər. Hesab edirəm ki, bugünkü portalın təqdimatı böyük bir tapşırığın yerinə yetirilməsinin ilk addımıdır".

 

“Xalq qəzeti”

9 Dekabr 2019 12:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə