Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xələf Xələfov: Rusiya ilə sərhədin demarkasiyası prosesi 2-3 il ərzində başa çata bilər

Xələf Xələfov: Rusiya ilə sərhədin demarkasiyası prosesi 2-3 il ərzində başa çata bilər

Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, rəsmi Bakı Azərbaycan və Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesini yaxın 2-3 il ərzində başa çatdırmaq niyyətindədir.

Xələf Xələfov bildirib ki, Rusiya tərəfi ilə sərhədin demarkasiyası məsələləri uğurla davam etdirilir: “Noyabr ayında Moskvada iclas keçirilib və yeni planlar müəyyənləşdirilib. Demək olar ki, son 2-3 il ərzində işlərin 30-40 faizi görülüb”.

Nazir müavini əlavə edib ki, bu işlər çərçivəsində tərəflər arasında tam anlaşma mövcuddur.

 

“Xalq qəzeti”

9 Dekabr 2019 12:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə