Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan AYİB-in investisiya yatırdığı ölkələrin ilk onluğunda yer alıb

Azərbaycan AYİB-in investisiya yatırdığı ölkələrin ilk onluğunda yer alıb

Azərbaycan 2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ümumi investisiya həcmi üzrə siyahıda ilk onluqda yer alıb.

Avropa Yenidənqurma  və İnkişaf Bankının  statistik təqdimatında qeyd olunur ki, Azərbaycan balans hesabatında AYİB tərəfindən ayrılan 304 milyon avro məbləğində investisiya ilə Serbiya (396 milyon avro), Özbəkistan (397 milyon avro) və Rumıniya (443 milyon avro) kimi ölkələrdən sonra 10-cu yerdə qərarlaşıb.

Bankın ən çox investisiya ayırdığı ölkələr isə Misir (1.148 milyard avro), Türkiyə (1.001 milyard avro) və Yunanıstan (846 milyon avro) olub.

Ümumiyyətlə, AYİB 2018-ci ildə 395 layihəyə 9,5 milyard avro ayırıb. Bunlardan bir milyard avro Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin maliyyələşdirilməsinə yönəlib.

Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı investordur və bu günədək energetika, infrastruktur, bank işi, sənaye və kommersiya kimi sahələrə 3,3 milyard avroya yaxın investisiya ayırıb.

 

“Xalq qəzeti”

9 Dekabr 2019 11:54 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə