Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məzun evi”ndə “Rəqəmsal marketinq” mövzusunda təlim keçirilib

“Məzun evi”ndə “Rəqəmsal marketinq” mövzusunda təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində “İnternat Məzunu Qadınlara Dəstək” layihəsi çərçivəsində “Rəqəmsal marketinq” mövzusunda təlim keçirilib.

“Sağlamlığa Xidmət” İB  və “Qadınlara Dəstək Cəmiyyəti”nin təşkil etdiyi tədbirdə məqsəd “Məzun evi”ndəki qadınlara hazırladıqları əl işlərinin satışının internet vasitəsilə təşkilində rəqəmsal marketinqdən istifadə üzrə bilik və bacarıqların aşılanması olub.

Təlim zamanı müəssisə sakinlərinin məşğulluğunun təminatı sahəsində aparılan işlər qeyd edilib, burada yaşayanların hazırladıqları əl işlərinin satışının təşkilinə dəstək göstərilməsinin diqqətdə saxlandığı deyilib. Həmçinin rəqəmsal marketinqdə hansı məhsullara mövsüm üzrə daha çox tələbatın olduğu qeyd edilib, iştirakçılara sosial şəbəkələr üzərindən satışın təşkili ilə bilik və bacarıqlar öyrədilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Dekabr 2019 11:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə