Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurban Qurbanov 1 xaldan razı qaldığını açıqladı

Qurban Qurbanov 1 xaldan razı qaldığını açıqladı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIV turunda "Keşlə"ylə səfərdə 2:2 hesablı heç-heçədən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq görüş haqqında düşüncələrini bölüşüb.

1 xal qazandıq. Bu il çempionatda son oyunumuz idi. Düşünürəm ki, qalib gəlsəydik, daha yaxşı olardı. Ancaq bildiyiniz kimi, hər bir xala dəyər vermişəm. Xalımızın üzərinə xal gəldi. "Keşlə" son matçlarını yaxşı keçirir, yaxşı oyun nizam-intizamı var. Ona uğurlar arzulayıram. Çempionat arxada qalır. Qarşıda Avroliqa və kubok matçlarımız var ki, ona da yaxşı hazırlaşmağa çalışacağıq.

Komandada aşkar fiziki yorğunluq var. Üstəlik də psixoloji. İndiki vəziyyətdə nəsə dəyişiklik edəcəksiniz, yoxsa hər şey eyni tempdə olacaq?

 Bəli, bu nüanslar var. Komanda həddən artıq çox yüklənib. Bir variant var ki, o da hamılıqla komandanın yanında olmalıyıq. Fevraldan sonra bizi daha gərgin matçlar gözləyir. Bu futbolçuları yaxşı tanıyıram. Bilirəm ki, daha artığına layiqdirlər.

 - Əsas qapıçınız Asmir Beqoviç ilk dəfə ehtiyatda qaldı. Bu, o deməkdir ki, qışda gedəcəyi artıq dəqiqləşib?

- Onun ilin sonunda müqaviləsi bitir. Ancaq qalması üçün ən azından rəhbərliklə danışacağıq. Yəni, bizdən asılı olanı edəcəyik. Asmir özü də bunda istəklidi, Bakını xoşlayır, komandaya qarşı pozitivdi. Bir ay çəkəcək bu danışıqlar müddəti. Qapıçı dəyişikliyi normaldı. Şahruddin ilk 3 turda oynayıb. Həmişə qapıçılarla bağlı rotasiya etmişəm. Düzdür, Beqoviçin gəlişindən sonra bu, olmurdu. Ancaq qapıçı dəyişikliyi normaldı.

 - Hələ yayda ağır zədələnən xorvatiyalı legioneriniz Filip Ozobiç 2 oyundur adı protokolda olur. Onu Avroliqada və ya kubokda meydana buraxmaq fikriniz var?

- Ümumən hazılrığı pis getmir. Neçə məşqdi komandayla birgə hazırlaşır. Qarşıdakı matçlarda imkan olarsa, meydana buraxmağa çalışacağıq ki, oyunu, kollektivi hiss etsin. Bununla da qış fasiləsində komandayla tam hazırlıqlı keçsin.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

9 Dekabr 2019 11:11 - İDMAN
İDMAN
26 Fevral 2020 | 22:04
Vilmar Valdes cəzalandırılıb
26 Fevral 2020 | 12:10
Salah 69-cu qolunu vurdu
25 Fevral 2020 | 20:19
Ersun Yanal istefa verib
25 Fevral 2020 | 14:06
Mbappe 85-ci qola imza atıb

Köhnə versiyamızdan xəbərləri izlə