Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 467    Bakı şəhəri, 7 dekabr 2019-cu il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467; 2014, № 4, maddə 450; 2016, № 4, maddə 820, № 6, maddə 1201, № 12, maddə 2239; 2017, № 2, maddə 307; 2018, № 11, maddə 2431) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.10-cu bəndi aşağıdakı redaksiyada verilsin:
“1.10. Magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.”.
2.  Bu Qərarla  edilən  dəyişikliyin  tətbiqi  ilə  əlaqədar  dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə