Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin alternativi yoxdur

Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin alternativi yoxdur

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan işlərin yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirilməsi Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkə həyatının bütün sahələrində sistemli, ardıcıl islahatlar aparılır. Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmədə gerçəkləşdirilən struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, qısa bir zaman ərzində bu islahatlar özünü doğruldub, ölkəmizin gələcək dinamik və davamlı inkişafını, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasını şərtləndirib.  
Xatırladım ki, görülən tədbirlər, atılan bütün addımlar konkret proqrama, gələcəyə hesablanan strategiyaya əsaslanaraq reallaşdırılır. Prezident İlham Əliyev 2018-ci ilin prezident seçkilərindən sonra Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı islahatların anonsunu vermişdi. 
Xalqımız da hazırda gerçəkləşdirilən islahatları yüksək qiymətləndirir, yeniləşməni, müasirləşdirməni inkişafa xidmət edən mühüm amil kimi dəyərləndirir. Çünki insanlar islahatların nəticəsini görür. Bu islahatların əsas məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının, dövlətlə vətəndaş arasında təmasların daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
İslahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşdirilməsini, parlamentin yenilənməsini zəruri edib. Noyabrın 28-də parlamentdə çoxluq təşkil edən YAP siyasi şurası tərəfindən Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunverici hakimiyyət sferasını da əhatə etməsinin, qanunverici orqanın yenilənməsinin zəruriliyi baxımından bu addımın atılması zəruri sayılıb.
Milli Məclis də, öz növbəsində, bu məsələ ilə əlaqədar müvafiq qərar qəbul edib və parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə barədə dövlət başçısına müraciət ünvanlayıb. Prezident İlham Əliyev də “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsi isə Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və parlamentə  növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə 5 dekabr 2019-cu il tarixli sərəncam imzalayıb.
Parlamentə növbədənkənar seçkilərin uğurla yekunlaşacağına əminliyimi ifadə edirəm. Bu inam möhtərəm Prezidentin  həyata keçirdiyi uğurlu siyasətin heç bir alternativi olmadığı qənaətimdən irəli gəlir. Ümumiyyətlə, xalqımızın xöşbəxtliyi, firavan gələcəyi, torpaqlarımızın düşməndən azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin olunması  yalnız dövlət başçımızın uğurla həyata keçirdiyi siyasətin və hazırda gerçəkləşdirilən islahatların nəticəsində mümkündür. Ona görə yeniləşən və uğurla inkişaf edən Azərbaycanda parlament seçkilərinin keçirilməsi də ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq.

 

Füzuli HACIYEV, 
tarix üzrə fəlsəfə doktoru

7 Dekabr 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə