• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn il iki Ay tutulması hadisəsi baş verəcək

Gələn il iki Ay tutulması hadisəsi baş verəcək

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Ay tutulmalarının vaxtını açıqlayıb. www.science.gov.az saytı yyazır ki, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, növbəti il 2 Ay tutulması hadisəsi baş verəcək.

İlk Ay tutulması 21 yanvar 2019-cu ildə yerli vaxtla saat 07:34-də başlayacaq və 09:43-də başa çatacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək və Azərbaycanda müşahidə olunmayacaq. Gələn il sonuncu Ay tutulması 17 iyul 2019-cu ildə Bakı vaxtı ilə saat 00:03 - 02:59-da baş verəcək və tutulma yenə ölkəmizdə müşahidə edilə bilməyəcək.

X.Mikayılov bildirib ki, bu tutulmalar mərkəzi tutulmalar adlanır. Yəni tutulma Yerin ekvatorial zonasında baş verəcək, Ay kölgənin mərkəzindən keçəcək.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 2018 10:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin