Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konstruktiv müxalifət partiyaları növbədənkənar parlament seçkilərində iştirak edəcəklər

Konstruktiv müxalifət partiyaları növbədənkənar parlament seçkilərində iştirak edəcəklər

Dekabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisin buraxılması haqqında sərəncam imzalamasından və növbədənkənar parlament seçkilərinin 2020-ci ilin 9 fevralına təyin olunmasından sonra ölkədə faktiki olaraq yeni seçkilərə hazırlıq məsələsinə start verilib. Bir sıra partiyalar parlament seçkilərinə qatılmaq niyyətlərini elan ediblər. 

Ötən seçkilərdə parlamentdə yer almış partiyalardan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qarşıdakı seçkilərdə də iştirak edəcəklərini bəyan edib: “Mən özüm də namizədliyimi irəli sürəcəyəm. Eyni dairədən parlament seçkilərində mübarizə aparacağam”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə partiyanın hər zaman seçkilərdə iştirak etdiyini xatırladıb: “Ancaq mən hadisələri qabaqlamaq istəmirəm. Partiya bu məsələni müzakirə edəcək, bununla bağlı qərar qəbul ediləcək. Bundan sonra ictimaiyyət bu barədə məlumatlandırılacaq”.
Konstruktiv müxalifət cəbhəsini təmsil edən digər partiyalardan da bu cür bəyanatlar səslənməkdədir.  
Bununla belə qeyd etməliyik ki, bəzi partiyalar üçün “seçkiləri boykot edirik” deyərək hay-küy salmaq bir şakərə çevrilib. Bir sıra müxalif təşkilatlar ötən parlament seçkilərində də bu cür hərəkət etmiş, sanki bununla xaricdəki “dayı”larından kömək ummuşdular. Amma faydası olmamışdı. İndi də eyni çağırışlar səslənir. Əslində, müxalif qüvvələrin heç seçkiləri boykot etmək imkanları belə yoxdur. Çünki onlar elə böyük bir elektorata malik deyillər ki, boykot qərarları ilə seçkinin nəticələrinə təsir edə bilsinlər. Bu gün hamıya aydındır ki, xalq müxalifətə inanmır, onu dəstəkləmir. Azərbaycan seçicisi müxalifəti təmsil edən ayrı-ayrı şəxslərin, eləcə də partiyaların yalan vədlərinə inanmır və ona səs vermək istəmir. 
Müxalifət düşərgəsi hazırda yalnız bir şeyə can atır: seçkiləri gözdən salsınlar, ölkədə qeyri-demokratik mühit olduğu barədə yalanlar püskürsünlər və səslərini xaricdəki Azərbaycanı sevməyən qüvvələrə yetirsinlər. Bütün bu fəaliyyət isə son nəticədə yeni qrantların ayrılmasına gətirib çıxarsın. Təəssüf ki, bizim müxalifət indiyədək yalnız bu qrantlar üçün mübarizə aparıb.  

“Xalq qəzeti”

7 Dekabr 2019 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə