Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətər Dövləti Səudiyyə Ərəbistanı ilə danışıqlara başlayıb

Qətər Dövləti Səudiyyə Ərəbistanı ilə danışıqlara başlayıb

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Qətər Dövləti Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası üçün danışıqlara başlayıb.

Qətər Dövlətinin Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Sani jurnalistlərə açıqlamasında qeyd edib ki, Səudiyyə Ərəbistanından olan həmkarları ilə danışıqlar aparılır: “Qətər Dövləti müstəqil siyasət yeridir və onun daxili işi hansısa tərəflə danışıqlar mövzusu olmayacaq. Ümid edirik ki, danışıqlar müsbət nəticə verəcək”, - deyə XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, 2017-ci ildən Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətəri terrorizmdə ittiham edərək, onunla əlaqələri tam dayandırıblar.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

7 Dekabr 2019 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə